Səfir: Azərbaycan Belarusda birgə neft emalına başlaya bilər

29.05.2020 Energetika
Azərbaycan və Belarus enerji sahəsində əməksdaşlığın inkişafı çərçivəsində birgə neft emalını təşkil edə bilər. Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov belə hesab edir.

“Düşünürəm ki, vəziyyətin inkişafından asılı olaraq neft nəqlini artırmaq mümkün olacaq, lakin bu məsələni neft şirkətlərimiz müzakirə edəcək. Bunun üçün davamlı mexanizmlər tapılıb. Burada digər əməkdaşlıq formalarının meydana gəlməsi mümkündür. Misal üçün, Belarusda birgə neft emalı və sonra hazır məhsulun üçüncü ölkələrə satışının təşkili mümkündür”, - Qəndilov BelTA dövlət agentliyinə müsahibəsində bildirib.

“Bu sadəcə olaraq misaldır. Əsas odur ki, Azərbaycan artıq müntəzəm qaydada Belarusa neft nəql etmək imkanına malikdir”, - səfir qeyd edib.

O cümlədən, diplomat məlumat verib ki, enerji sahəsində gələcək əməkdaşlıq məsələlərinin Belarus prezidenti Alıeksandr Lukaşenkonun cari il Azərbaycana gözlənilən səfəri zamanı müzakirəsi mümkündür.

VTB