USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona yaxın neft nəql edib

15.01.2021 İqtisadiyyat
0 0
Belarus 2020-ci ildə Azərbaycandan təxminən 1 milyon ton neft alıb.

"Kommersant.az" xəbər verir ki,bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

"2020-ci ildə biz "Belneftexim"ə 1 milyon tona yaxın neft göndərmişik. Bunun 720 min tona qədəri Azərbaycan, qalan həcm isə qeyri-Azərbaycan nefti olub. Burada "Belneftexim"in digər tədarükçülərdən, məsələn, Ukraynadan aldığı Azərbaycan neftinin həcmi nəzərə alınmır", - deyə İ.Əhmədov bildirib.

O, həmçinin qeyd edib ki, 2021-ci ilin yanvar ayında SOCAR Belarusa bir partiya neft nəql edib. "90 min ton həcmində neftin nəqli yanvarın 6-da Supsadan həyata keçirilib. Yanvar ayına nəql daha planlaşdırılmır", - deyə rəis müavini əlavə edib.

Bununla belə, İ.Əhmədov 2021-ci ildə SOCAR tərəfindən Belarusa nəql olunacaq neftin (Azərbaycan və qeyri-Azərbaycan) həcmini açıqlamayıb.

"SOCAR Trading" 2020-ci ilin mart ayında Belarusun "Belneftexim" konserninə neft tədarük etməyə başlayıb.

Odessa-Brodı kəməri vasitəsilə Azərbaycandan Belarusa neft 2011-ci ildə nəql olunub. Müqavilədə 4 milyon ton neftin nəqli nəzərdə tutulsa da, faktiki həcm təxminən 900 min ton təşkil edib

  • Əvvəlki

    Azərbaycan 2020-ci ildə elektrik enerjisi istehsalını 1,1% azaldıb

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0