Qarabağ Azərbaycandır!

Milli Məclisdə qazın limiti məsələsi qaldırıldı: Artırılsın

23.02.2021 Energetika
“Əhaliyə güzəştlə satılan qazın limiti məsələsinə yenidən baxılmalıdır”.

"Kommersant.az"ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Badamov deyib.

Deputat bildirib ki, dağlıq rayonlarında qazdan istifadə daha çox olur: “Dağlıq rayonlarının sakinləri digər regionlardan daha çox yanacaq yandırmağa məcburdurlar. Güzəştli qaz limiti məsələsində bütün əhaliyə, regionlara eyni yanaşma tətbiq edilib. Ölkə əhalisinin 15 % qaz limitini aşır. Bu 15 %-in içində dağlıq rayonlarda yaşayan insanlar 10 %-dən də az təşkil edir. Tarif Şurasından dağlıq regionlarda yaşayan əhali üçün qaz limitini artırmağı xahiş edirəm”.