USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya qazı Cənub Qaz Dəhlizi üçün nə dərəcədə əhəmiyyətlidir - SOCAR

06.07.2018 İqtisadiyyat
0 0
Gələcəkdə Rusiya qazı Cənub Qaz Dəhlizi (CQD) boru kəməri sisteminin doldurulması üçün mənbələrdən biri ola bilər.

"Kommersant" APA-Economics-ə istinadən xəbər verir ki, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov "Moskva-Baku" internet portalına müsahibəsində bildirib.

"Biz dəfələrlə bu barədə söz açmışıq, "Cənub Qaz Dəhlizi" sisteminə Azərbaycandan başqa və ya onunla bərabər yeni mənbələrdən qaz cəlb etməyə dair marağın olduğunu təsdiq edirəm. Yeni potensial mənbələrdən Cənub Qaz Dəhlizinə qazın vurulması imkanları mövcuddur. Bu, Yaxın Şərq, Mərkəzi Asiya və ya Şərqi Aralıq dəniz regionları ola bilər. Bu, Rusiya qazı da ola bilər. Bu mənada heç bir istisna və ya ayrı-seçkilik etmirik, bütün qaz istehsalçıları və sahibləri ilə işləməyə hazırıq", - V.Bəylərbəyov bildirib.

Onun sözlərinə görə, bu cür əməkdaşlığın inkişafı üçün tədarükçü "qanuni və bu sistemin istifadəsində maraqlı olmalıdır". V. Bəylərbəyov həmçinin məlumat verib ki, ilk növbədə CQD üçün yeni qaz mənbələri qismində "Şahdəniz" yatağından əlavə Azərbaycanın özünün imkanlarına baxılır: "Hasilata hazırlıq mərhələsində olan "Abşeron" yatağı, "Ümid" yatağının işlənməsinin gələcəkdə genişləndirilməsi və hələlik iri işlərin aparılmadığı "Babək" yatağının onunla birləşdirilməsi layihəsinə dair ideyalar var. Onların hər biri, çox güman ki, CQD üçün nəzərdə tutulan Azərbaycandan gələcək qaz mənbələrinə çevriləcək".

O həmçinin bildirib ki, TANAP qaz kəmərinin ilk mərhələsinin vaxtında istifadəyə verilməsi və bu boru kəməri ilə kommersiya qazının tədarükünə başlanması CQD-nin qalan komponentlərinin vaxtında hazır olacağına şübhə yaratmır. "Layihə maliyyələşdirilir və CQD-nin hər konkret elementinə dair səhmdarlar tərəfindən üzərilərinə götürülən öhdəliklərə uyğun olaraq maliyyələşdiriləcək. Heç şübhəmiz yoxdur ki, bütün xarici borclar banklar və maliyyə institutları ilə razılıqlara əsasən tam həcmdə və vaxtında ayrılacaq. Planlaşdırdığımız kimi, 2020-ci ildə Yunanıstan, Bolqarıstan və İtaliyada bizim qazın istehlakçıları onu müəyyən olunan zaman və tam həcmdə alacaqlar".

  • Əvvəlki

    Dolların iyulun 9-na olan məzənnəsi

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0