USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"OPEC-in ABŞ-ın İrana sanksiyalarını kompensasiya etmək üçün kifayət qədər gücü var"

14.05.2018 İqtisadiyyat
0 0
"OPEC-in ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların nəticələrini kompensasiya etmək üçün kifayət qədər sərbəst gücü var".

"Kommersant.Az" "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suhel əl-Mazrui deyib.

"Bazarda neft təklifinə görə narahat olmayın. ABŞ sanksiyalarına görə hansısa problem olacağını düşünmürəm", - Əl-Mazrui jurnalistlərə bildirib.

Nazir eyni zamanda OPEC-in istifadə edilməyən istehsal güclərinin həcmini açıqlamayıb və bu məsələnin iyun ayında iclasda müzakirə olunacağını əlavə edib.

Əl-Mazruinin sözlərinə görə, BƏƏ neft sənayesinə investisiyaları stimullaşdıracaq müəyyən qiymət səviyyəsinin olmasına can atacaq.

Xatırladaq ki, ABŞ İranın nüvə proqramı üzrə birgə hərtərəfli tədbirlər planından (BHTP) çıxıb və sazişdən əvvəl mövcud olan İrana qarşı sanksiyaların bərpa olunduğunu elan edib. Beynəlxalq vasitəçilər kimi çıxış edən "altılığ"ın qalan üzvləri (Rusiya, Çin, İngiltərə, Fransa, Almaniya) ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun avropalı tərəfdaşları İranla müqavilənin şərtlərinə riayət etməyə davam etmək niyyətində olduqlarını bildiriblər.

  • Əvvəlki

    Yerli startapların Silikon Vadisinə mütəmadi səfərləri təşkil olunacaq

Digər xəbərlər