Rusiyada benzin bahalaşıb

29.05.2018 Energetika
Ötən həftə Rusiyada benzinin qiyməti artıb.

"Kommersant.Az" xəbər verir ki, Aİ-92 yanacağının 1 litrinin qiyməti 76 qəpik artaraq 40,76 rubl (1,11 manat), Aİ-95 79 qəpik artaraq 43,6 rubl (1,19 manat) təşkil edib.

Moskva Yanacaq Assosiasiyası öz növbəsində xəbər verib ki, ötən həftə YDM-də Aİ-92-markalı yanacağın 1 litrinin qiyməti 88-90 qəpik qalxaraq 42,21 rubl (1,15 manat), Aİ-95-in qiyməti isə 45,5 qəpik (1,24 manat) olub.

Energetika naziri Aleksandr Novak əvvəlcədən bildirib ki, Rusiyada yanacaq üzrə aksizlərin aşağı salınması mövcud olan neft qiymətlərində dalğalanmanın qarşısını alacaq. Baş nazirin müavini Dmitriy Kozak isə ötən həftə dövlətin dizel yanacağı üzrə aksizləri 2000 rubl (54,38 manat), benzin üzrə isə 3000 rubl (81,56 manat) dəyərində aşağı salmağı qərara aldığını qeyd edib. Nazir müavini buna səbəb kimi 2010-cu ildə mühərrik yanacaqlarında akzislərin qiymətinin 2,5 dəfə artırmasını göstərib.