USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC Texniki komitənin iclasını ləğv etdi

12.03.2020 İqtisadiyyat
0 0
OPEC+in Texniki komitəsinin (JTC) martın 18-nə planlaşdırılan vebinar rejimli iclası ləğv edilib.

Bu barədə TASS-a nümayəndə heyətlərindən birindəki mənbə bildirib.

Bundan öncə Səudiyyə Ərəbistanı iclasda iştirak etməkdən imtina etmişdi.

OPEC+ ölkələrinin martın 6-da keçirilən iclasında Rusiya və Səudiyyə Ərəbistanının hasilatın azaldılmasının martdan sonra da davam etdirilməsi ilə bağlı məsələdə uğursuz danışıqlarından sonra OPEC Texniki Komitənin görüşünün keçirilməsinin zəruriliyinə şübhə edirdi. Ancaq sonradan Rusiya və Qazaxıstan OPEC+ əməkdaşlıq xartiyasının qüvvədə olduğunu əsas gətirərək texniki məsləhətləşmələrə ehtiyac olduğunu bəyan edib.