USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ağçiçəyim" gül mağazası yandı

08.07.2019 Hadisə
0 0
Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ağçiçəyim" gül mağazasında baş verən yanğın söndürülüb.

"Kommersant.az" xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) iki yanğınsöndürən maşını və 20-dək canlı qüvvəsi cəlb olunub.

Yanğın səhər saat 06:30 radələrindən başlayıb. İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Hazırda mağazada baş verən tüstülənmənin qarşısı alınır. ("Report”)