USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən daha bir sex aşkarlanıb

10.07.2019 Hadisə
1 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Bakının Nizami rayonu, R. Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub.

"Kommersant.az" xəbər verir ki, bu barədə AQTA məlumat verib.

Daxil olan məlumat əsasında Agentlik əməkdaşları həmin sexdə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb. Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir. Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.

Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub.

Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları AQTA əməkdaşlarına təqdim edilməyib. Monitorinq zamanı bəlli olub ki, sexdə çalışan işçilər fərdi mühafizə, gigiyenik geyimlərlə təmin olunmurlar. Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb.