USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın turizm gəlirləri 7% artıb

10.07.2019 Dünya
0 0
Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 1,5 mlrd. dollar təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

İllik müqayisədə gəlirdə 95,4 mln. dollar və ya 7% artım qeydə alınıb.

Yalnız iyun ayında isə qonşu ölkə xarici turizmdən 340 mln. dollar qazanıb. Bu da ötən ilin analoji göstəricisindən 14,6 mln. dollar, yaxud 4,5% çoxdur.