USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sumqayıtda aptek işçisi döyülüb

07.06.2018 Hadisə
0 0
Sumqayıt şəhərində 19 yaşlı qız döyülüb.

"Kommersant" "Report"un Sumqayıt-Abşeron bürosuna istinadən məlumatına görə, hadisə 42-ci məhəllə ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Cəmilə Qismət qızı Seyidova naməlum şəxslərin hücumuna məruz qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, C.Seyidova Sumqayıt şəhərində apteklərdən birində işləyir.