USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Quba yolunda avtomobil qəzası baş verib, xəsarət alanlar var

21.06.2018 Hadisə
0 0
Xızı rayonunda yol qəzası baş verib, xəsarət alanlar var.

"Kommersat" "Report"un Sumqayıt-Abşeron bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Yaşma yaşayış massivi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəticədə iki nəfər - 1996-cı il təvəllüdlü Ülvi Qədimalı oğlu Nəcəfzadə və 1995-ci il təvəllüdlü Kamran Rüstəm oğlu Məmmədov xəsarət alıb. Onlar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.