USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

71,3 milyard dollara razılığa gəldilər

21.06.2018 İqtisadiyyat
0 0
Dünyanın ən böyük media və əyləncə şirkətlərindən "The Walt Disney Company", yayım şirkəti "21st Century Fox"u satın almaq üçün 71,3 milyard dollara razılığa gəldiyini bildirib.

"Kommersant" "Disney"dən verilən açıqlamaya istinadən xəbər verir ki, "Fox" səhmdarlarının öz səhmlərinə qarşılıq olaraq "Disney" səhmlərini və ya özlərinin sahib olduqları səhm başına 38 dollar ala bilərlər.

"Disney", 2017-ci ilin Dekabr ayında "Fox"un bir səhmi üçün 28 dollar təklif vermiş və 52,4 milyard dollara "Fox"u satın almaq istəmişdi.

Dünyanın ən böyük kabel TV şirkəti "Comcast" (ABŞ) isə ötən il "Fox" üçün təxminən 60 milyard dollar təklif vermiş və ötən həftə bu miqdarı 65 milyard dollara qaldırmışdı.

"Fox"dan bu gün verilən açıqlamada isə, "Disney"in təklifi, "Comcast" ilə müqayisədə, daha çevik və yüksəkdir" -ifadələrinə yer verilib.

Nyu-York birjasının açılması ilə, "Disney"in səhmləri 1,3 faiz artarkən, "Fox" səhmləri 6,1% bahalaşıb. "Disney"in "Fox"u satın almasının başa çatdırılması üçün ABŞ Ədliyyə Nazirliyinin müqaviləni ratifikasiya etməsi lazımdır.