USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondu son bir ildə valyuta satışını 3%-ə yaxın azaldıb

02.10.2019 Bank
0 0
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cu ilin yanvar-sentyabr aylarında 4 512,85 mln. ABŞ dolları məbləğində valyuta satıb.

"APA-Economics"in apardığı hesablamalara görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 126,75 mln. dollar və ya 2,7% azdır.

Qeyd edək ki, ARDNF tərəfindən 2019-cu ilin sentyabr ayı ərzində 618,95 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Cari ilin avqust ayı ilə müqayisədə Fond tərəfindən satılan valyutanın həcmi 24,1% azalıb.