USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Son doqquz ildə ən çox qızıl bahalaşıb

24.12.2019 Bank
0 0
Bu il dünyada qızılın qiyməti son doqquz ilin ən yüksək olan 15 faizlik artım göstərib.

"Kommersant.az" Report-a istinadən xəbər verir ki, bu həftənin əvvəlində qızılın bir unsiyası 1480 dollardan artıq qiymətə satılıb ki, bu da ötən ilin sonuna nisbətən 15,4 faiz çoxdur. 2010-cu ildə qızıl 30 faiz bahalaşmışdı.

"Bu il qızılın bahalaşması ilk növbədə Avropada "Brexit"lə bağlı qeyri-müəyyənliyin artması, ABŞ – Çin ticarət müharibəsi ilə bir vaxtda dünya boyu faiz dərəcələrinin azalması ilə bağlıdır",- "AXİ Trader" şirkətinin eksperti Steven İnnes deyib.

O, siyasi qarışıqlığın və qlobal resesiya ehtimalının bir çox sərmayəçiləri qızıl almağa sövq etdiyini bildirib.

Bir sıra eksperin fikrincə, bahalaşma gələn il də davam edəcək. Belə ki, honkonqlu ekspert Casper Lo qızılın 15-20 faiz bahalaşaraq 1774 dollar səviyyəsinə çıxacağını söyləyib: "Honkonqdakı etirazlar hələlik səngimək üzrə deyil və sərmayəçilər bunu sabitsizlik amili olaraq qəbul edəcəklər".

Honkonqda fəaliyyət göstərən "J.Rotbart" treyder şirkətinin təsisçisi Coşua Rotbart gələn ilin sonunda qızılın 1580-1620 dollara satılacağı barədə fikir bildirib.

Qeyd edək ki, 2011-ci ilin sonunda qızılın bir unsiyası ən yüksək hədd olan 1895 dollara satılırdı.