USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu günə qədər 1400-ə yaxın ailə güzəştli mənzilə sahib olub

24.12.2019 İnşaat və Əmlak
0 0
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində oktyabrın 16 və 18-i tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alqı-satqısı uğurla başa çatdırılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə “Report”a MİDA-dan məlumat verilib.

Məlumata görə, həmin mənzillərdən 17-si oktyabrın 18-də “Güzəştli mənzil” sistemi vasitəsilə gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Satışın nəticələri barədə statistik məlumatlarla buradan tanış olmaq mümkündür.

Ümumilikdə bu günədək keçirilən 5 satışın nəticəsində 1385 ailə MİDA-nın ilk layihəsi - Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 247-si 1 otaqlı, 794-ü 2 otaqlı, 344-si isə 3 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib.

Qeyd edək ki, dekabrın 25-də Kompleksdə qalan 248 mənzilin satışı həyata keçiriləcək.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində yerləşən 436 ədəd tam təmirli mənzil ayrılıb. Hal-hazırda həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir.

  • Əvvəlki

    Son doqquz ildə ən çox qızıl bahalaşıb

Digər xəbərlər

31.01.2024 İnşaat və Əmlak
Agentliyin mərtəbəsinin təmirinə 650 min ayrıldı
0 0
30.01.2024 İnşaat və Əmlak
Azərbaycanda mənzil almaqda - DƏYİŞİKLİK
0 0
23.01.2024 İnşaat və Əmlak
Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR
0 0