Avro yenidən 2 manatı keçdi - RƏSMİ MƏZƏNNƏLƏR

07.06.2018 Birja
2018-ci ilin İyun ayının 7-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi İyun ayının 6-sı ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, Avro/manat məzənnəsi 2.0052 manata, Rubl/manat məzənnəsi isə 0,0276 manata qalxıb.

1 Türk lirəsi isə 0,3741 manata yüksəlib.

Bu barədə "Kommersant"a Mərkəzi Bankdan bildirilib.

İyunun 6-da rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.9916 manata, 1 Rubl 0,0274 manata, 1 Türk lirəsi isə 0,3701 manata bərabər idi