USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektron Təhlükəsizlik Xidmətindən ziyanverici proqrama yoluxma ilə bağlı - XƏBƏRDARLIQ

25.05.2018 İqtisadiyyat
0 0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “VPNFilter” təhlükəsi ilə bağlı xəbərdarlıq edir.

Nazirlikdən "Kommersant.Az"a verilən məlumata görə, 54 ölkədə ən azı 500 min şəbəkə qurğusuna yoluxmuş ziyanverici proqram olan "VPNFilter" "Linksys", "MikroTik", "NETGEAR", "QNAP NAS" və "TP-Link" marşrutlaşdırıcıları daxil olmaqla ev və kiçik ofislərdəki (SOHO) şəbəkə qurğularını hədəf alıb.

"VPNFilter" ziyanvericisi yoluxmuş qurğudakı məlumatları filtirləyərək fərdi məlumatların oğurlanmasına gətirib çıxara bilir.

Elektron Təhlükəsizlik Xidməti administratorlara və təsirə məruz qalan cihazların sahiblərinə qurğuları ilkin parametrlərinə qaytarmağı (factory reset) və ən son proqram yeniləmələrini endirib tənzimləməyi, istifadə edilmədikdə cihazdakı uzaqdan idarə üçün giriş funksiyasını (remote administrative access) söndürməyi tövsiyə edir.

ETX eyni zamanda diqqətə çatdırır ki, şəbəkə qurğularının proqram təminatını (firmwire) yeniləmək üçün cihaz istehsalçılarının veb saytına müraciət edilməlidir:

- Linksys https://www.linksys.com/cz/support-article?articleNum=132961

- MikroTik https://forum.mikrotik.com/viewtopic.php?f=21&t=134776

- NETGEAR https://kb.netgear.com/23442/How-do-I-update-my-NETGEAR-router-firmware-using-the-Check-button-in-the-router-s-web-interface

- QNAP https://www.qnap.com/en/how-to/tutorial/article/how-to-update-your-qnap-nass-firmware

- TP-Link https://www.tp-link.com/us/faq-2212.html

  • Əvvəlki

    Dövlət Statistika Komitəsində yeni təyinatlar olub

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0