Peyklərimizdən əldə edilən gəlir açıqlandı

31.05.2018 İKT
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin may sayı təqdim olunub.“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb.

Göstərilib ki, 2018-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə peyk və telekommunikasiya xidmətləri ixrac edilib.

Cari ilin ilk 4 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 9,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.

Xüsusən də 2018-ci ilin aprel ayı “Azərkosmos” ASC üçün əlamətdar olub. Aprel ayında xidmət ixracın dəyəri 5,85 milyon ABŞ dolları təşkil edib.