USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Google Play”də 24 təhlükəli proqram aşkar edildi

06.02.2020 İqtisadiyyat
0 0
Bu yaxınlarda "ESET" şirkətinin mütəxəssisləri mobil virusların 99%-nin hədəfinin "Android" qurğular olması haqqında məlumat vermişdi. Yeni hesabata görə, "Google Play"də yüklənmə sayı milyonu ötən 24 təhlükəli proqram aşkar edilib.

"Kommersant.az" xəbər verir ki, mobil proqramların siyahısı müxtəlifdir: oyunlar, brauzerlər, təqvimlər, fayl menecerləri, hava proqnozları, antiviruslar, VPN xidmətlər və başqa utilitlər var. Bütün bu proqramlar 6 müxtəlif tərtibatçı tərəfindən hazırlanıb, amma araşdırma nəticəsində məlum olub ki, sonuncular Çinin "Shenzhen HAWK" şirkəti ilə əlaqəlidir.

Bütün bu proqramların onların fəaliyyəti ilə bağlı olmayan çoxlu sayda icazə tələb etməsi təhlükəsizlik mütəxəssislərini narahat edib. Məsələn, həmin proqramlardan 6-sı telefona giriş istəyir ki, bu da onlara istifadəçidən xəbərsiz avtomatik zəng etməyə, hətta mesaj göndərməyə imkan verir. 15 proqram istifadəçinin olduğu yeri müəyyənləşdirmək üçün GPS-ə giriş tələb edir.

"Google" artıq bu vəziyyətə reaksiya verib və proqramların əksəriyyəti qaydaların pozulmasına görə "Google Play"dən silinib. Ancaq həmin proqramlar kənar resurslar vasitəsilə də yayıla bilər. /İctnews

  • Əvvəlki

    Azərbaycanda hava pisləşir - Dövlət qurumları hərəkətə keçdi

Digər xəbərlər