USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Facebook”da saxta xəbər və təhqirlər silinəcək - Süni intellekt

15.05.2020 İqtisadiyyat
0 0
Süni intellekt “Facebook”da saxta xəbər və təhqirləri siləcək. Bu, 10 mindən 1 milyonadək postu əhatə edə bilər.

"Kommersant.az" xəbər verir ki, tədqiqatçılar təhqir və saxta xəbərlərin silinməsi üçün "SimSearchNet" neyron şəbəkəsini təqdim ediblər.

Bu, eyni təsvir və ya mətnləri axtarıb tapan neyron şəbəkəsidir, buna görə yoxlamaları avtomatlaşdırır. Məsələn, sosial şəbəkənin əməkdaşı postda koronavirus haqqında yalan informasiya olduğunu qeyd edən kimi bu informasiya "SimSearchNet"ə göndərilir – süni intellekt dublikatları və ya oxşar təsvirləri axtarıb tapacaq.

"Facebook"un bloqundakı yazıya əsasən, süni intellekt ilkin sınaqlarda "nifrətə çağıran" yazıların 88,8%-ni aşkar etməyi öyrənib. Beləliklə, sosial şəbəkənin moderatorları təxminən 9,6 milyon postu bir-bir silmək məcburiyyətində olmayıb. /"ICTnews"

  • Əvvəlki

    "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 30 dolları ötüb

Digər xəbərlər