USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Instagram"ın qiyməti açıqlandı

26.06.2018 İqtisadiyyat
0 0
"Facebook"un 2012-ci ildə 1 milyard dollara satın aldığı "İnstagram"ın dəyəri 100 milyard dolları keçib.

"Kommersant" xəbər verir ki, "Bloomberg Intelligence"in hazırladığı hesabata görə, bu ayın əvvəlində 1 milyard istifadəçini keçən "İnstagram", son 12 ayda 10 milyard dollardan çox gəlir əldə etmiş ola bilər. Analitik Jitendra Waral-ın hesabatına görə, "Facebook"un ana səhifəsindən çox istifadəçi cəlb edən tətbiqi, növbəti 5 ildə 2 milyard istifadəçiyə çatmağı bacaracaqdır.

"İnstagram" istifadəçi kütləsinin "Facebook"la müqayisədə daha gənc olmasının reklamverenler tərəfindən müsbət qarşılandığı bildirilir. Hesabatdakı diqqətçəkən bir məqam da "Facebook"un əksinə, "Instagram"ın ABŞ-dakı böyüməsini belə davam etdirməsi olub.

Növbəti il ərzində "İnstagarm"ın "Facebook"un gəlirlərinin 16%-ni yaradacağı gözlənilir. "eMarketer" göstəricilərinə görə, əvvəlki il bu nisbət 10,6% idi. Waral, 2018 gəlirlərinin böyük hissəsinin bu gün olduğu kimi ana səhifə axınındakı reklamlar olacağını, TV platformanın isə gəlirdə əməlli-başlı pay almaq üçün çox "gənc" olduğunu vurğulayıb.

  • Əvvəlki

    5 milyard avroluq - “təyyarə müqaviləsi”

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0