USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Amrahsığorta" Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırdı - MƏBLƏG

21.03.2020 Bank
0 0
"Amrahsığorta" ASC korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.

"Kommersant.az" xəbər verir ki, "Amrahsığorta", Fondun hesabına virusla mübarizə məqsədilə 100 min manat məbləğində ianə köçürülməsinə qərar verib

"Bir sıra iri holdinq və şirkətlər kimi Amrahsığorta da milli məsələdə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmağı özünə borc bildi",- şirkətin məlumatında deyilir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə qaydasında göstərilib ki, Fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Dünən oronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb.