USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Koronavirusla bağlı növbəti iclas - NAZİRLƏR KABİNETİNDƏ

21.03.2020 İqtisadiyyat
0 0
Martın 21-də Nazirlər Kabinetində operativ qərargahın növbəti iclası keçirilib.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı operativ qərargahdan məlumat verilib.

İclasda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı hazırkı vəziyyət təhlil olunub, səhiyyə sahəsində görülməli işlər, tətbiq olunmuş məhdudiyyətlərin ilkin nəticələri və digər məsələlər müzakirə edilib, həyata keçiriləcək vəzifələrə dair tapşırıqlar verilib.