USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Atasığorta”nın İdarə Heyətinə yeni sədr təyin edilib

10.05.2019 Bank
0 0
“Atasığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə, şirkətin İdarə Heyəti (İH) sədrinin I müavini Orxan Məmmədov sədr təyin edilib.

"Kommersant.az" xəbər verir ki, o, bu vəzifədə, bu gündən əmək fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin maliyyə direktoru kimi davam etdirən Müseyib Əliyevi əvəz edib.

O.Məmmədovun indiyə qədər tutduğu vəzifə isə İH sədrinin müavini Qoşqar Həsənova həvalə olunub.

Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Report