USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankdan əhaliyə "pul paylayan aparatlar"-ı gətirən şirkətlə bağlı - AÇIQLAMA

31.10.2020 Bank
0 0
Əvvəlki fəaliyyəti bankomatlara üzərindən əhaliyə kiçik həcmli kreditlərin verilməsi formasında olmuşdur.Hazırda bu modelin qiymətləndirilməsi həyata keçilir

"Kommersant.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın şöbə müdiri Toğrul Əliyev məlumat verib.

O bildirib ki, Mərkəzi Bank tərəfindən "Azpul" MMC adlı təşkilata Bank olmayan kredit təşkilatı lisenziyası verilib. Həmin təşkilatın biznes strategiyası Mərkəzi Bank tərəfindən qiymətləndirilib.Təşkilatın bank olmayan kredit təşkilatı olaraq effektiv fəaliyyətə başlaması gözlənilir. Əvvəlki fəaliyyəti bankomatlara üzərindən əhaliyə kiçik həcmli kreditlərin verilməsi formasında olmuşdur.Hazırda bu modelin qiymətləndirilməsi həyata keçilir.Bütün tələblərə cavab verəcəyi təqdirdə bu məsələyə baxıla bilər.