USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mədət Quliyev direktoru işdən çıxardı - Yeni təyinat

28.01.2020 Siyasət
0 0
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi” MMC-nin direktoru Malik Məmmədov vəzifəsindən azad edilib.

"Kommersant.az" "Report"a istinadən xəbər verir ki, onu Rasim Gözəlov əvəz edib.

Yeni direktor bundan əvvəl Nazirliyin tabeliyindəki "Avia-Aqreqat Zavodu” MMC-nin direktor müavini olub.

Qeyd edək ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevdir.