USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şamaxının icra başçısı danışdı

25.05.2020 Siyasət
1 12
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.

"Kommersant.az"-ın xəbərinə görə, T.Məmmədov hazırda sosial izolyasiya rejimində işlədiklərini bildirib:

“Digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür. O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.AzTV