USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlqar Məmmədov Ramin Bayramlıya suallar ünvanladı

18.06.2020 Siyasət
0 1
“Belə getsə, TƏBİB-in yaydığı statistika heç vaxt etibar doğurmayacaq, çünki mövcud qaydada dərc olunan rəqəmlərlə çox rahat şəkildə oynamaq mümkündür və bunu hər kəs anlayır”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıya suallar ünvanlayıb: “Jurnalistlərdən xahişim var. TƏBİB-in brifinqində maraqlansınlar ki, Azərbaycanda indiyədək orta hesabla hər gün alınan 4-5 min koronavirus testinin nə qədəri:

1. Xəstəlik şübhəsi ilə, xaricdən qayıtma səbəbilə ilə, ya da sağlamlığını öz təşəbbüsü ilə yoxlamaq istəyən şəxslərin müraciəti ilə alınıb (gündəlik, nəfər)

2. Ölkə üzrə aparılan sırf təsadüfi yoxlamalar əsasında alınıb (gündəlik, nəfər)

3. Müntəzəm qaydada eyni adamlardan, təkrarən alınıb (gündəlik, nəfər).

Ən azından bu göstəricilər açıqlanmalıdır ki, görək əslində nə var, nə yox. Yoxsa ki, boş-boş rəqəmlərlə insanların inamını ömründə qazanmayacaqlar”.