USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paşinyan cangüdənlərinin sayını artırdı

23.11.2020 Siyasət
0 0
Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Müqəddəs Eçmiadzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

Baş nazirin gözlənilmədən mühafizəçilərinin sayını xeyli artırması yerli mətbuatın diqqətini cəlb edib. KİV bildirib ki, Paşinyan və xanımı kilsənin ərazisinə girən kimi mühafizəçilər onun qapılarını bağlayıblar.

Qeyd edək ki, Ermənistan müxalifəti artıq bir neçə gündür ölkə hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları keçirir. Paytaxt Yerevan və digər şəhərlərdə keçirilən aksiyalarda etirazçılar Paşinyanın hakimiyyət komandasının istefasını tələb edirlər. Akasiyalar zamanı hökumət rəsmilərindən bir neçəsi, eləcə də etirazçılar xəsarət alıb.Report