USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa İttifaqından ABŞ-da baş verənlərlə bağlı - AÇIQLAMA

07.01.2021 Siyasət
0 0
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell Vaşinqtonda baş verənləri “ABŞ demokratiyasına və qanunun aliliyinə hücum” kimi qiymətləndirib.

"Kommersant.az"ın məlumatına görə, J.Borell bu barədə Tvitter hesabında yazıb.

“Bütün dünyanın gözü qarşısında ABŞ demokratiyası bu gün mühasirədədir. Bu, demokratiyaya, ABŞ institutlarına və qanunun aliliyinə hücumdur”, deyə Borell qeyd edib.

O, ABŞ prezident seçkilərinin nəticələrinə hörmət edilməli olduğunu vurğulayıb.