USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Əsədov gürcüstanlı həmkarını təbrik etdi

24.02.2021 Siyasət
0 0
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İrakli Qaribaşviliyə Gürcüstanın Baş naziri təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstanı zəngin ənənələrə malik dostluq və mehriban qonşuluq münasibətlərinin bağladığı vurğulanıb.

Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin və strateji əməkdaşlığının bundan sonra da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımların atılacağına ümidvarlıq ifadə olunub.