USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Türkiyə “Taliban”la əməkdaşlığa açıqdır” - ƏRDOĞAN

19.08.2021 Siyasət
0 0
“Bəzi ölkələr Əfqanıstana təkcə terror və köç mövzuları aspektindən baxırlar”.

“Kommersant.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda çıxışı zamanı deyib.

“Terror və köç bizə gəlməsə, problem yoxdur deyirlər. Halbuki ikisi də yanlış siyasətin nəticəsidir. Yanlışlarla üzləşmədən sülh və sabitlikdən danışmaq olmaz”, - Türkiyə lideri bildirib.

O qeyd edib ki, Əfqanıstan qardaş ölkədir: “Əfqan xalqının istiqlal savaşına verdiyi maddi və mənəvi dəstəyi unutmaq mümkün deyil. Yaxşı və pis gündə Əfqanıstanın yanında olmaq qardaşlıq tələbidir.

Əlaqədar qurumlarımız bir müddətdir Talibanla əlaqədə idi. Əfqan xalqının rahatlığı, ölkəmizin maraqlarının qorunması nöqtəsində hər cür əməkdaşlığa hazırıq. Talibanın açıqlamalarını müsbət qarşılayırıq. Talibanın Türkiyəyə yanaşması daha diqqətlidir, xarixi siyasət baxımından həssasdır. Ümid edirəm ki, eyni həssasiyyət davam edəcək”.