USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının sabiq sədri həbs edilib

08.06.2022 Siyasət
0 0
Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının sabiq sədri həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının sabiq rəisi, tibb xidməti polkovniki Azad Abdullayevin dələduzluq etməsi faktına görə başlanmış cinayət işi üzrə 22.10.2021-ci il tarixdə CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə yekun ittiham verilməklə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 06.06.2022-ci il tarixdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.