USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Putin Xəzəryanı ölkələrin Aşqabad sammitində iştirak edəcək

23.06.2022 Siyasət
0 0
Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Zirvə toplantısında iştirak edəcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə V.Putin iyunun 29-da Aşqabada səfər edəcək.

Qeyd edək ki, iyunun 29-da Türkmənistanın paytaxtı Aşqabad şəhərində VI Xəzər Sammiti keçiriləcək. Bundan əvvəlki Zirvə toplantısı 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində olub.