USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq

27.06.2022 Siyasət
0 0
“Biz Rusiyaya qarşı balanslaşdırılmış siyasət aparırıq. Sanksiyalar tətbiq etmirik və buna qarışmayacağıq”.

Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

Kalın proseslərdə neytral mövqeyin vacibliyinə diqqət çəkib:

“Biz öz maraqlarımıza hörmətlə yanaşırıq. Hər kəs körpüləri yandırsa, sonda Rusiya ilə kim danışacaq? Bizim iqtisadi əlaqələrimiz Rusiya ilə elə bir xarakter daşıyır ki, sanksiyaların tətbiqi Türkiyə iqtisadiyyatına Rusiyadan daha çox zərər verəcək”.