USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək

27.06.2022 Siyasət
0 0
Azərbaycan, Türkiyə və Qazaxıstan arasında növbəti üçtərəfli görüş Qazaxıstanda keçiriləcək.

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü zamanı səsləndirib.

Nazir bildirib ki, Bakı Bəyannaməsi ölkələr arasında strateji tərəfdaşlıq, qardaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud güclü əlaqələri gücləndirəcək.