USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir

27.06.2022 Siyasət
0 0
Ermənistanın 30 illik işğalına baxmayaraq, Azərbaycan müharibə səhifəsini çevirmək, münasibətləri normallaşdırmaq və bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipi əsasında Ermənistanla sülh müqaviləsi imzalamaq istəyindədir.

Bunu Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxışında deyib.

“Azərbaycan sülh danışıqları üçün 5 əsas prinsip irəli sürüb və Ermənistan onları qəbul edib. İnanırıq ki, sülh müqaviləsi bölgəni sülh və əməkdaşlıq regionuna çevirə bilər”, – Prezident qeyd edib.