USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibinə dəyişikliyi təsdiq etdi

29.06.2022 Siyasət
0 0
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında” Milli Məclisin qərarına edilən dəyişikliyi təsdiq edib.

Kommersant.az xəbər verir ki, dəyişikliyə əsasən, “Mirzəyev Səfa Abbas oğlu – Milli Məclisin Aparat rəhbəri” sözləri “Hacıyev Fərid Famil oğlu – Milli Məclisin Aparat rəhbəri” sözləri ilə əvəz edilir.

Qeyd edək ki, bir müddət öncə Səfa Mirzəyev təqaüd yaşı ilə əlaqədar Milli Məclisin Aparat rəhbəri vəzifəsindən gedib, onun yerinə isə Hacıyev Fərid Famil oğlu təyin edilib.