USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qubadlının sabiq icra başçısı Polşada saxlanılıb, ekstradisiya üçün sorğu göndərilib - RƏSMİ AÇIQLAMA

05.10.2022 Siyasət
0 0
Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda bildirilib. Xəbərə görə, 02.10.2022-ci il tarixdə Elxan Nuriyev Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.