USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Moldova Prezidenti aylıq maaşının məbləğini açıqlayıb

07.10.2022 Siyasət
0 0
Moldova Prezidenti Maya Sandu aylıq maaşının məbləğini açıqlayıb.

Sandu xarici KİV-ə müsahibəsində ayda 1000 avrodan az maaş aldığını deyib. Prezident maaşından narazı olmadığını bildirib.

“Mənim aylıq maaşım 1000 avrodan azdır”, – xanım prezident ölkəsinin kasıb olduğunu söyləyib.

Sandu, həmçinin qeyd edib ki, xalqın pulunu öz ehtiyaclarına sərf etmək istəmədiyi üçün prezident iqamətgahında yaşamır. O, öz mənzilində yaşayır və işıq pulunu öz hesabından ödəyir.