USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident Qazaxıstanda işgüzar səfərdədir

12.10.2022 Siyasət
0 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstan Respublikasına işgüzar səfərə gedib.

Kommersant.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında dövlət başçısını Qazaxıstanın Baş naziri Əlixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.