USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zelenski almaniyalı həmkarı ilə danışıb

20.10.2022 Siyasət
0 0
Almaniya Prezidenti Fran Valter-Ştaynmayer və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Prezident Zelenski “Twitter”də bildirib.

Almaniyalı həmkarı ilə telefon danışığının substantiv və məhsuldar olduğunu deyən Ukrayna dövlət başçısı ölkəsinə tədarük ounacaq IRIS hava hücumundan müdafiə sistemi üçün Almaniyaya təşəkkür edib.

“Biz tez bir zamanda Ukrayna üzərində hava qalxanı yerləşdirməliyik! Almaniya Rusiyanın raket terrorunun nəticələrini aradan qaldırmağa bizə kömək edəcək.Biz həmçinin Almaniya Prezidentinin Ukraynaya səfərinə hazırlaşırıq”, – Zelenski bildirib.