USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kreml İngiltərəni yalanladı

31.01.2023 Siyasət
0 0
Rəsmi Kremldən İngiltərənin baş naziri Consonun sözlərinə münasibət bildirilib.

Britaniyanın keçmiş baş naziri Conson, “Putin müharibə başlamazdan bir neçə gün əvvəl Britaniyaya raketdən istifadə edəcəyi ilə bağlı hədə-qorxu gəlib” deyə açıqlama verib. Rəsmi Kreml bu sözləri təkzib edib.

Ukrayna müharibəsi kontekstində Qərb və Rusiya arasında nüvə müharibəsi polemikasının ilk olaraq kimin təşəbbüskarı olması ilə bağlı müzakirələr zamanı Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson birinci məsul şəxs kimi Rusiya lideri Vladimir Putini göstərib. BBC-nin istehsalı olan və dünən axşam İngiltərədə nümayiş olunan "Putin Qərbə qarşı" sənədli filmində sensasion açıqlama verib.

Onun sözlərinə görə, Rusiyadan “Yalan deyir” bəyanatı gəlib. Boris Consonun bütün dünyada rezonans doğuran sözləri ilə bağlı açıqlama verən Kremlin sözçüsü Dmitriy Peskov “Xeyr, cənab Consonun dedikləri doğru deyil. Daha dəqiq desək, yalandır. Fərz etsək ki, o, bunu şüursuz şəkildə edib, deməli, o, Putinlə görüşün məzmununu ümumiyyətlə başa düşməyib", - deyə açıqlama verib.