USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsrail döyüş təyyarələri Qəzzanı vurub

02.02.2023 Siyasət
16 4
İsrail döyüş təyyarələri blokadada olan Qəzza zolağının müxtəlif nöqtələrinə raket zərbələri endirib.

Fələstin mediasının məlumatına görə, hücumun hədəfi olan bölgədə yanğın baş verib, yaxınlıqdakı mülki şəxslərin evlərinə ciddi ziyan dəyib. Hücum nəticəsində insan itkisi olmayıb. Əraziyə ziyan dəyib.

İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada, dünən axşam saatlarında Qəzzadan İsrailə atılan raketə cavab olaraq İsrail döyüş təyyarələrinin HƏMAS-a aid nöqtələri vurduğu bildirilib.