“Dezinformasiyadan kənar: Xarici informasiya manipulyasiyası təhlükəsinə AB reaksiyaları” adlı konfransdan əvvəl Avropa İttifaqının (AB) Ali Nümayəndəsi Josep Borrelin çağırışı ilə Türkiyədəki zəlzələdən zərər çəkənlər üçün bir dəqiqəlik sükutla yad edilib.
Çıxışına “Bugünkü iclasımıza bir mövzu ilə başlamaq istəyirəm” sözləri ilə başlayan Borrell Kahramanmaraşda baş verən və 10 əyalətdə baş verən 7,7, 7,6 bal gücündə zəlzələlərdə minlərlə binanın dağıldığını xatırladıb. “On ildən artıqdır görünməyən təbii fəlakət” ifadəsini işlədən Borrell Türkiyə və Suriyada minlərlə insanın həyatını itirdiyini vurğulayaraq, dağıntılar altında sağ qalanları tapmaq üçün çalışan xilasetmə qruplarına diqqət çəkib. Borrelin çağırışından sonra zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.