USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qarabağ ermənilərinin Azərbaycan qanunları ilə yaşamaqdan başqa yolu yoxdur" - Politoloq

24.02.2023 Siyasət
2 0
“Ruben Vardanyanı özü kimi seperatçılar "hakimiyyət"dən uzaqlaşdırdılar".

"Kommersant.az" xəbər verir ki, bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu Ruben Vardanyanın Qarabağdakı separatçı rejimin "dövlət naziri" "vəzifə"sindən uzaqlaşdırılmasının səbəblərindən danışarkən deyib.

Pollitoloq bildirib ki, bir neçə aydır bu "vəzifə"ni tutan Vardanyanın əsas missiyası Azərbaycan hakimiyyəti ilə təmasa keçmək olub:

“Ona tapşırıq bu istiqamətdə verilmişdi. Amma bu olmadı, ola da bilməzdi”.

Elxan Şahinoğlu bildirib ki, Qarabağda doğulmayan biri ilə bu mövzuda dialoq qurmaq doğru deyil:

"Prezident İlham Əliyevin də mövqeyi bundan ibarət idi ki, Qarabağda doğulmayan, başqa yerdən göndərilən heç bir erməni ilə təmas və dialoq qurula bilməz. Üstəlik, həmin şəxs xüsusi tapşırıqla Rusiyadan göndərilibsə... Onun Qarabağa göndərilməsində əsas məqsəd aranı qarışdırmaq, seperatçılara dəstək vermək idi. Vardanyan artıq proseslərdən uzaqlaşdırılıb. Amma bu o demək deyil ki, biz Qarabağda doğulan istənilən erməni ilə dialoq qura bilərik. Ona qalsa seperatçıların “lideri” Arayik Arutunyan Qarbağda doğulub. Amma o, cinayətkardır, onun haqqında Azərbyacanda cinayət işi açılıb. Müharibə vaxtı Gəncənin bombalamasını, mülki insanları hədəf aldığını etiraf edib. Elə adamlarla dialoq qurulmalıdır ki, onların separatçılarla bağlılığı olmasın. Bu çox çətin vəzifədir. Çünki orda hamı separatçıların nəzarəti altındadır".

Politoloq bildirb ki, Azərbaycan bütün hallarda dialoqdan imtina etmir:

“Ermənistanla da danışıqlar davam edir, paralel olaraq da Qarabağda ermənilərlə dialoqumuz olacaq. Sadəcə bizim tələbimiz var: Azərbaycan qanunları ilə yaşamalıdırlar. Bu qanunları qəbul etməsələr, Azərbaycanı tərk etməlidirlər. Başqa alternativləri yoxdur”.