Ermənistanın baş naziri Nikol Paşinyan prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək.
Kommersant.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə gəlir.
Ermənistanın rəsmi xəbər agentliyi olan “Armenpress”in Ermənistan baş nazirliyinə əsaslanan xəbərinə görə, Paşinyan sabah Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankaraya gələcək.