USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ərdoğan Putin və Zelenski ilə görüşüb

07.06.2023 Siyasət
25 8
Prezident Ərdoğanla Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenski arasında telefon danışığı olub.

Kommersant.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Rəyasət Heyətinin Rabitə Müdirliyindən verilən açıqlamaya görə, Zelenski ilə görüşdə Rusiya-Ukrayna müharibəsindəki inkişaflar müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, Kahovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün müharibə edən tərəflər, BMT və Türkiyə də daxil olmaqla beynəlxalq ictimaiyyətin ekspertlərinin iştirakı ilə komissiya yaradıla bilər.

Türkiyə olaraq bu mövzuda əllərindən gələni etməyə hazır olduqlarını bildirən prezident Ərdoğan, taxıl dəhlizində olduğu kimi danışıqlar metodunun izlənilə biləcəyini də dilə gətirib.