USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Türkiyənin istiqamətinin qərb olması çox önəmlidir" - Türkiyə Mətbuatı

13.07.2023 Siyasət
0 0
Türkiyənin İsveçlə sövdələşmələri zamanı ən diqqət çəkən məqamlardan biri onun Avropa İttifaqına (AB) üzvlük prosesinə dəstək istəməsi olub. Bir çoxları, Türkiyənin bu məsələni bazarlıq masasına gətirməsini Ankaranın son illərdə zəifləyən Aİ iştahının təzələnməsi kimi şərh edib.

Kommersant.az Türkiyə mətbuatında yer alan bəzi məlumatları diqqətinizə çatdırır:

"Aİ-yə üzvlük dəstəyi şərt kimi irəli sürülsə, bu şərt İsveç və digər Aİ üzvü NATO ölkələri tərəfindən qəbul edilsə də, Türkiyənin qısa və orta müddətli tamhüquqlu üzv olmasını gözləmək real deyil. Qısa və ortamüddətli perspektiv bir yana, uzunmüddətli perspektivdə belə Türkiyənin Aİ-yə üzvlüyü çox da mümkün görünmür. Bu arada, Almaniya kansleri Olaf Şolzun dediyi kimi, İsveçin NATO-ya üzvlüyü və Türkiyənin Aİ-yə üzvlüyü “bir-biri ilə əlaqəli olmayan” məsələlərdir. Bəs niyə Aİ məsələsinin yenidən gündəmə gəlməsi bizi bu qədər həyəcanlandırır?

Bu, həyəcanvericidir, çünki Türkiyənin istiqamətinin qərb olması və gündəminin AB üzvlüyündən çox, Aİ-yə üzvlüyünə aparan şərtlərə yönəlməsi fikrini bəyənirik. Belə bir üzvlük üfüqdə olmasa da, proses ən böyük və ən sabit bazarımız olan Aİ ilə davam etməlidir".